İcraiyyə komitəsinin iclasında hansı qərarlar qəbul olundu?

İcraiyyə komitəsinin iclasında hansı qərarlar qəbul olundu?

Bu gün Gəncədə AFFA icraiyyə komitəsinin növbəti iclası keçirilib. 

Allsport.az xəbər verir ki, iclasda aşağıdakı qərarlar qəbul olunub:

1. AFFA-nın növbəti hesabat-seçki konfransı 2 aprel tarixinə təyin edilsin;

2. Müvafiq müraciətə əsasən, adları aşağıda göstərilmiş futbol veteranlarına AFFA-nın təqaüdü verilsin:
 
– İsmayıl Əliyev

– Esmiralda Ələkbərova (həkim)

– Qara Qarayev

– İqor Ponomaryov

– Vaqif Sadıqov

– Maşallah Əhmədov
 
Qeyd edək ki, “Kəpəz” futbol akademiyasının tikintisilə bağlı icraiyyə komitəsinə hesabat təqdim edilib.
 
İclasın sonunda AFFA-nın prezidenti Rövnəq Abdullayev öz istəyi ilə aprelin 2-də keçiriləcək hesabat-seçki konfransında namizədiyini irəli sürməyəcəyini bildirib.

Həmin kateqoriyadan