“İdman paytaxtı” məlum oldu

“İdman paytaxtı” məlum oldu

Gənclər və idman nazirliyinin növbəti kollegiya iclası keçirilib.

Allsport.az xəbər verir ki, kollegiyanın sədri, nazir Fərid Qayıbovun sədrliyi ilə keçən iclasda gündəliyə əsasən, 2024-2025-ci illər üçün idman paytaxtlarının və 2025-ci il üçün gənclər paytaxtının seçilməsi məsələləri müzakirə edilib.

Namizəd şəhərlərin nümayəndələri təqdimatla çıxış edərək məlumat veriblər. Təqdimatlardan sonra elektron səsvermə nəticəsində Quba 2024-cü il, Qəbələ isə 2025-ci il üçün “idman paytaxtı” seçiliblər.

Kollegiyada həmçinin 2025-ci il üçün gənclər paytaxtı da məlum olub. Namizəd şəhərlərin təqdimatından sonra Sumqayıt şəhəri 2025-ci il üçün “gənclər paytaxtı” seçilib.

Qeyd edək ki, bu il yanvarın 19-da keçirilmiş Kollegiya iclasında Lənkəran şəhəri 2024-cü ilin “gənclər paytaxtı” seçilib.

Dövlət qurumlarının əməkdaşları arasında gələn il keçiriləcək idman yarışlarının planı müzakirə edilərək qəbul olunub.

Həmin kateqoriyadan