“İdman psixologiyası” mövzusunda seminar

Martın 6-8-də Bakıda məşqçilər üçün “İdman psixologiyası” mövzusunda seminar təşkil olunub.

Allsport.az xəbər verir ki, dünyaca məşhur idman psixoloqu, professor Matej Tuşakın iştirakı ilə keçirilən seminarda 70-dən çox məşqçi iştirak edib.

Gənclər və İdman Nazirliyi, Azərbaycan Bədən Tərbiyəsi və İdman Akademiyası, Milli İdman Tibb və Reabilitasiya Elmi-Praktiki İnstitutunun birgə təşkilatçılığı ilə baş tutan təlim məşqçilərin bilik və bacarıqlarının artırılması, fəaliyyətlərinin daha da təkmilləşdirilməsi və digər mövzuları əhatə edib.

Qeyd edək ki, təlim proqramında iştirak edən məşqçilərə sertifikatlar təqdim olunub.

Həmin kateqoriyadan