İK-nin yeni üzvləri

AFFA-nın icraiyyə komitəsinin yeni tərkibi müəyyənləşib. Allsport.az xəbər verir ki, quruma seçkilər assosiasiyanın növbəti hesabat-seçki konfransı çərçivəsində baş tutub.

Tədbirdə icraiyyə komitəsinin 13 üzvü bəlli olub. AFFA-nın yeni seçilən prezidenti Rövşən Nəcəfin də yer aldığı komitəyə peşəkar futbol liqası ictimai birliyindən Səməd Qurbanov, Fərid Mansurov, Xəyal Cəfərov, Qurban Qurbanov, Maqsud Adıgözəlov, regional futbol federasiyaları ictimai birliyindən Elşad Nəsirov, Balakişi Qasımov, Sərxan Hacıyev, ictimai futbol təşkilatları ictimai birliyindən Könül Mehtiyeva, Zaur Axundov, sahə futbol federasiyaları ictimai birliyindən Ülvi Mansurov və Leyla Xəlilova seçiliblər.

Həmin kateqoriyadan