İki boksçu finalda

Azərbaycan yığmasının iki boksçusu Bolqarıstanın paytaxtı Sofiyada keçirilən beynəlxalq “Strandja” turnirində finala yüksəlib.

Allsport.az xəbər verir ki, Zəlimxan Süleymanov (57 kq) və Zaur Qəhrəmanov (67 kq) yarımfinal döyüşlərini qələbə ilə başa vurublar.

Süleymanov finala gedən yolda Giorgi Kapanadze (Gürcüstan) ilə döyüşüb. Görüş onun 4:1 (28*:28, 29:27, 28*:28, 27:29, 28*:28) hesablı qələbəsi ilə yekunlaşıb. O, qızıl medal uğrunda qarşılaşmada Ucanəzər Nurtacovlə (Özbəkistan) üz-üzə gələcək.

Qəhrəmanov Demur Kajayadan (Gürcüstan) güclü olub. O, 5:0 (30:26, 30:26, 30:26, 30:26, 30:26) hesabı ilə qalib gəlib. O, finalda Törəxan Sabirxanla (Qazaxıstan) gücünü yoxlayacaq.

Digər boksçuldan Nicat Hüseynov (51 kq) və Nəbi İsgəndərov (67 kq) yarımfinalda məğlub olduqları üçün turniri bürünc medalla başa vurublar. Hüseynov Daniyal Sabitlə (Qazaxıstan) qarşılaşmanın ikinci raundunda zədələndiyindən döyüşü davam etdirə bilməyib. İsgəndərovun Törəxan Sabirxanla (Qazaxıstan) görüşündə isə rəqib 3:2 (27:30, 28:29, 29:28, 30:27, 29:28) hesabı ilə qələbə qazanıb.

Həmin kateqoriyadan