İki boksçumuz finalda: Ruslan Rüstəmov erməniyə qalib gəldi!

Polşanın Kolobzerq şəhərində keçirilən boks üzrə gənclər arasında Avropa birinciliyində finalçılar məlum olub. Allsport.az xəbər verir ki, milli komandamızın iki üzvü həlledici döyüşə vəsiqə qazanıb.

69 kq çəki dərəcəsində mübarizə aparan İsmayil Hüseynov yarımfinalda polşalı Sebasytyan Viktorzak üzərində qələbə qazanıb – 3:0. Boksçumuz qızıl medal uğrunda görüşdə irlandiyalı Maykl Nevinlə üz-üzə gələcək.

Ruslan Rüstəmovun (49 kq) yarımfinaldakı qələbəsi daha parlaq olub. Həmyerlimiz Ermənistan nümayəndəsi Alen Danielyanı məğlub edib – 3:0. Millimizin üzvü finalda irlandiyalı Stefen Makkennayla qarşılaşacaq.

60 kq çəki dərəcəsindəki təmsilçimiz Elməddin İsmayılov isə yarımfinalda almaniyalı Denis Qaşiyə uduzaraq, bürünc medalla kifayətlənib.

Həmin kateqoriyadan