İki boksçumuz qələbə ilə başladı

İspaniyanın Alikante şəhərində gənc boksçular arasında dünya çempionatına start verilib. Allsport.az saytı xəbər verir ki, ilk gündə Azərbaycan millisinin 2 üzvü mərhələ adlayıb.

Sənan Hətəmov (67 kq) 1/32 finalda Neri Kanavirini (Boliviya) məyus edib. O, növbəti döyüşdə ilk mərhələdən azad olan kanadalı Yakub Blaislə üz-üzə gələcək.

Mehparə Məmmədova (48 kq) 1/16 finalda Lyuba Atanasovadan (Bolqarıstan) üstün olub. İdmançımız 2-ci cəhdində monqolustanlı Saruul Batsayxanla döyüşəcək.

Onlardan fərqli, Tural Sarıyev (48 kq) və Rza Rzazadə (75 kq) mübarizəni dayandırıblar.

Həmin kateqoriyadan