“İkisi də sıradan çıxıb”

“Liverpul”un qapıçısı Alisson Bekker və komandanın vingeri Dioqo Jota şənbə günü “Mançester Siti” ilə oyunda zədələnib.

Allsport.az xəbər verir ki, Mersisayd klubunun baş məşqçisi Yurgen Klopp futbolçuların nə vaxt qayıda biləcəyi haqda danışıb:

“İkisi də sıradan çıxıb. Alissonla işlər bir az daha yaxşıdır, ona görə də görəcəyik. Yox, nə sabah, nə bazar günü, nə də bir həftədən sonra, çox güman ki, bizimlə olmayacaq, amma bundan sonra hər şey qaydasında olmalıdır. Dioqoya bir az daha vaxt lazım olacaq. Nə qədər olduğunu dəqiq bilmirəm, amma zədəsi bir qədər ciddidir. Görək”.

Həmin kateqoriyadan