İlin ən yaxşısı seçildi

İlin ən yaxşısı seçildi

“Real Madrid” futbol klubunun yarımmüdafiəçisi Cud Bellinqem İngiltərənin ilin ən yaxşı futbolçusu seçilib.

Allsport.az xəbər verir ki, 23 yaşlı futbolçu bu mükafatı ikinci il ardıcıl qazanıb.

Bellinqem 2023-cü ilin yayından “Real Madrid”ın formasını geyinir. Onun klubla hazırkı müqaviləsi 2029-cu il iyunun sonunadək qüvvədədir.

İngiltərəli yarımmüdafiəçi ötən mövsüm “Real”la heç bir titul qazanmasa da, 2026-cı il dünya çempionatında milli komandanın əsas oyunçularından biri olub. İngiltərə mundialı üçüncü pillədə başa vuraraq bürünc medallara sahib çıxıb.

Bellinqem cari mövsümdə bütün turnirlərdə “Real”ın heyətində 7 matçda iştirak edib. O, bu görüşlərdə 3 qol vurub və 3 məhsuldar ötürmə edib.

Həmin kateqoriyadan