İlin qolkiperi

Beynəlxalq futbol tarixi və statistikaları federasiyası (İFFHS) 2023-cü ilin ən yaxşı qapıçısını açıqlayıb.

Allsport.az xəbər verir ki, bu, “Mançester Siti”nin qolkiperi Ederson olub. Braziliyalı komanda ilə trebl qazanıb (APL, FA kuboku və çempionlar liqası).

Qapıçı “Aston Villa”nın futbolçusu Emiliano Martinesi (76) 145 xal qabaqlayıb və argentinalı ikinci il ardıcıl ikinci olub. Üçüncü yeri 2018 və 2022-ci illərdə mükafatı alan “Real”ın oyunçusu Tibo Kurtua (73) tamamlayıb.

İlk onluq:

Mark-Andre ter Ştegen – “Barselona” (58)

Yan Oblak – “Atletiko Madrid” (36)

Canluici Donnarumma – PSJ (23)

Yassin Bounou – “Sevilla”/”Əl-Hilal” (22)

Alisson – “Liverpul” (19)

Andre Onana – “İnter”/”Mançester Yunayted” (16)

Mik Maynyan – “Milan” (13).

Həmin kateqoriyadan