İlk yarış günü keçirildi

İlk yarış günü keçirildi

Bakıda qadın və kişi boksçular arasında “Böyük İpək Yolu” beynəlxalq turnirinə start verilib. Allsport.az xəbər verir ki, boks mərkəzində keçirilən yarışın ilk günündə 1/8 final mərhələsi çərçivəsində 24 döyüş baş tutub.

Azərbaycan yığmasının kişi boksçularından beşi 1/4 final mərhələsinə yüksəlib.

Yarışın ikinci günü qadın boksçular da mübarizəyə qoşulacaq. Döyüşlər saat 14:00-da başlayacaq.

9 ölkənin millisinin qatıldığı turnirin qaliblərinin adı aprelin 15-də müəyyənləşəcək.

1/8 final

51 kq

Davit Çaparidze (Gürcüstan) – Abdullah Səttarov (Özbəkistan) – 5:0

Bair Batlayev (Rusiya) – Yadigar Əliyev (Azərbaycan) – 5:0

Mehran Şəfiyev (Tacikistan) – Bəyzad Ərgəşov (Qırğızıstan) – 5:0

60 kq

Şamil Əsgərov (Azərbaycan) – Giorgi Kapanadze (Gürcüstan) – 3:2

Məhəmmədəli Qasımzadə (Azərbaycan) – Jansepi Koşerbəyov (Qazaxıstan) – 4:1

Cümşüdxuja Saparhocayev (Özbəkistan) – Tayfur Əliyev (Azərbaycan) – 3:2

Akmal Ubaidov (Tacikistan) – Tağı Nəsibov (Azərbaycan) – 2:3

Tomislav Dinoviç (Monteneqro) – Çingiz Mussinov (Qazaxıstan) – 3:2

Səməndər Alimov (Özbəkistan) – Elbrus Adıgözəlov – (Azərbaycan) – 3:2

Vsevolod Şumkov (Rusiya) – Turgunbəy İmanqədirov (Qırğızıstan) 5:0

63,5 kq

Sayat İlyasov (Özbəkistan) – Laşa Quruli (Gürcüstan) – ikinci döyüşə gəlməyib

Laşa Qaqnidze (Gürcüstan) – Ruslan Rüstəmov (Azərbaycan) – 0:5

Dilşad Abdumuradov (Özbəkistan) – Bəyzad Makjan (Qazaxıstan) – 4:1

Cəlal Qurbanov (Azərbaycan) – Sandan Sandanov (Rusiya) – ikinci tam üstünlüklə qalib gəlib

Livaza Omar Panşeroviç (Qırğızıstan) – Malik Həsənov (Azərbaycan) – 2:3

67 kq

Şahbuz Yunusəliyev (Özbəkistan) – Şükrat Salamatov (Tacikistan) – ikinci qalib gəlib

İlqar Salahov (Azərbaycan) – Yevgeni Kul (Rusiya) – 0:5

71 kq

Bəyzad Həmidov (Özbəkistan) – Giorgi Jorjoliani (Gürcüstan) – 5:0

Muradcan Aşuraliyev (Tacikistan) – Sirdak Uulu Abdijapar (Qırğızıstan) – 5:0

Şövkət Boltayev (Özbəkistan) – Şəmsi Şahbazov (Azərbaycan) – birinci tam üstünlüklə qalib gəlib

Elnur Sulunbay (Qazaxıstan) – İqor Sviridçenkov (Rusiya) – 2:3

75 kq

Sanjar-Ali Beqaliyev (Qazaxıstan) – Fərhad Şeydayev (Azərbaycan) – 5:0

Rasim Çobanlı (Azərbaycan) – Məqsəd Otegenov (Qazaxıstan) – 2:3

Əzizbəy Burbayev (Özbəkistan) – Amin Kuşkov (Rusiya) – 0:5

Həmin kateqoriyadan