“İndi Totti, Del Pyero kimi oyunçularımız yoxdur”

“İndi Totti, Del Pyero kimi oyunçularımız yoxdur”

İtaliya millisinin baş məşqçisi Roberto Mançini açıqlama verib.

Allsport.az xəbər verir ki, mütəxəssis mətbuat konfransında komandanın durumundan danışıb:

“Hər komanda müxtəlif mərhələlərdən keçir və hazırda İtaliya yığması yenidən formalaşır. İndi Totti, Del Pyero kimi oyunçularımız yoxdur.

Əsas məqam işləməkdir və bunun üçün vaxta ehtiyacımız var. Bir-birimizi tanımalı, rəqabətə davamlı bir komanda formalaşdırmalıyıq. Lazım olan tək şey budur.

Türkiyə ilə matçda yaxşı oyun, aqressiv futbol gözləyirəm. Son bir neçə gündə üzərində çalışdığımız bəzi məqamlar olub. Amma qısa vaxtda nəyinsə dəyişməsini gözləmirəm”.

İtaliya millətlər liqasında I turda Belçikaya uduzub – 0:2. “Azzuri” bu gün II turda Türkiyə ilə üz-üzə gələcək. Matça saat 22:45-də start veriləcək.

Həmin kateqoriyadan