“Uşik, Məhəmməd Əliyə qarşı bir raund belə qalib gələ bilməzdi”

Əfsanəvi sabiq boksçu Larri Holms ukraynalı Aleksandr Usikin bacarıqlarını dəyərləndirib. Allsport.az saytı xəbər verir ki, 1978–1985-ci illərdə dünya çempionu olan idmançı ukraynalı haqqında belə deyib:

“Əli ilə Usikin üslubları çox fərqlidir. Əli rinqə çıxardı və məşqdə üzərində işlədiyi hər şeyi tətbiq edə bilirdi. Əmin deyiləm ki, Usik onu dayandıra bilərdi. Məncə, Usik Əliyə qarşı bir raund belə qazana bilməzdi.

Mənə elə gəlir ki, indiki boksçular 70-80-ci illərin döyüşçüləri qədər dözümlü deyillər. Biz 15 raund döyüşmək üçün güclü iradəyə sahib olmalı idik. İndiki boksçular 15 raund döyüşməyə hazır deyillər. Əlini kənara qoyaq — mən belə bu gün hamını məğlub edərdim. Mən hər zaman hazır idim, hər döyüş mənim üçün sonuncu kimi idi”.

Həmin kateqoriyadan