- Baxış sayı: 53
- 12 Avqust 2026 23:53
- Baxış sayı: 250
- Avqust 12, 2026
- 0

Argentina millisi Dünya Kubokunun finalına yüksəlib. Allsport.az saytı xəbər verir ki, matç 2:1 hesablı ilə bitib.
55-ci dəqiqədə İngiltərə seçməsindən Entoni Qordon sükutu pozub. Argentina hesabı bərabərləşdirmək üçün çox çalışıb. Nəhayət, 85-ci dəqiqədə Enso Fernandes fərqlənib.
Qoldan ruhlanan son dünya çempionları 90+2-də Lautaro Martineslə yenidən sevinib. Hər 2 məhsuldar ötürməni Lionel Messi verib.
Finalda Argentina millisi İspaniya futbolçuları ilə qarşılaşacaq. Oyun 19 iyulda keçiriləcək.