“İnkişaf etməliyik”

“İnkişaf etməliyik”

Millətlər liqasında II turun oyunları keçirilir.

Allsport.az xəbər verir ki, Almaniya yığması bu raundda azarkeşləri önündə Yunanıstanla qarşılaşıb.

Görüş “panzerlər”in məğlubiyyəti ilə başa çatıb – 0:1. Matçda yeganə qolu Kurbelyus vurub.

Almaniyanın yarımmüdafiəçisi Yozua Kimmix ölkəsinin mətbuatına açıqlamasında məğlubiyyəti belə şərh edib:

“Öz səviyyəmizdə deyildik. Bir neçə şans yaratmağımıza baxmayaraq, qol vura bilmədik. Düşünürəm ki, bərabərlik ədalətli nəticə olardı.

Yeni baş məşqçimiz var. Kloppun fəlsəfəsini anlamalı və inkişaf etməliyik. O, tələblərini açıq şəkildə bildirən biridir. Bundan sonra hər şey bizdən, futbolçulardan asılıdır”.

Almaniya millətlər liqasında 2 matçdan sonra 1 xal toplayıb. Kloppun rəhbərlik etdiyi kollektiv I turda Niderlandla heç-heçə edib (1:0), II turda Yunanıstana uduzub (0:1).

Həmin kateqoriyadan