“İnstat”dan premyer liqa klub məşqçiləri üçün məşğələ

Bu gün AFFA-nın inzibati binasında Topaz premyer liqasında çıxış edən klubların məşqçiləri üçün “İnstat” şirkətinin nümayəndələrinin iştirakı ilə seminar təşkil olunub.

Allsport.az saytı xəbər verir ki, “Boz ev” futbolçuların ətraflı statistik göstəricilərinin əhəmiyyətini, həmçinin əksər klubların daha əvvəl də “İnstat” şirkəti ilə əməkdaşlığını nəzərə alaraq, şirkətlə 2-illik müqavilə imzalayıb.

Müqaviləyə əsasən, “İnstat” şirkəti növbəti iki mövsüm ərzində bütün milli komandaları, premyer və AFFA gənclər liqalarının oyunların hesabatı, videoanaliz, statistika, fitness və s. göstəricilərlə təmin edəcək.

AFFA layihənin bütün xərclərinin ödənilməsini öz üzərinə götürüb.

Həmin kateqoriyadan