“İnter” Bakıya “Qalatasaray”ı gətirə bilər

Bu gün Avropa liqasının 3-cü təsnifatının püşkü atılıb. Allsport.az saytı xəbər verir ki, “Qəbələ” – “Yagelloniya” cütünün qalibi “Panatinaikos”la (Yunanıstan) ilə üz-üzə gələcək.

“İnter” ilk oyunda 1:0 hesabı ilə qalib gəldiyi “Fola”nı (Lüksemburq) mübarizədən kənarlaşdırsa, növbəti mərhələdə “Ostersun” (İsveç) –  “Qalatasaray” (Türkiyə) cütünün qalibi ilə görüşəcək.

“Astra” – “Zirə” matçında (3:1) güclü olan komanda “Aleksandriya” (Ukrayna) ilə üz-üzə gələcək. Qeyd edək ki, 3-cü ələmənin ilk oyunları iyulun 27-də, cavab matçları avqustun 4-də keçiriləcək.

Həmin kateqoriyadan