“İnter” ev oyunlarını öz stadionunda keçirəcək

Bu gün “İnter” klubu bəyanat yayıb. Allsport.az saytının xəbərinə görə, paytaxt təmsilçisi ev oyunlarını “Dalğa arena”da deyil, öz əski məkanında keçirəcəyini bildirib.

“AFFA və “Aqrarkredit” SKT arasında aparılan danışıqlar nəticəsində qərara alınıb ki, “beynəlmiləlçilər”in əsas və uşaq futbol komandaları 2017-2018-ci il mövsümü ərzində “İnter arena”da qalaraq fəaliyyət göstərəcək.

“İnter”in əsas komandası növbəti mövsümdə ev oyunlarını burada keçirəcək. Uşaq-Gənclər Futbol Məktəbinin kollektivləri də “İnter arena”da fəaliyyət göstərəcək”.

Həmin kateqoriyadan