“İnter”in prezidenti azarkeşlərlə görüşüb

Bu gün “İnter”in prezidentinin səlahiyyətlərini müvəqqəti icra edən Rüfət Abdullayev komandanın azarkeşləri ilə görüşüb. Allsport.az saytı xəbər verir ki, “İnter Arena”nın mətbuat konfransı zalında baş tutan görüşdə o, komandaya göstərdikləri dəstəyə görə azarkeşlərə minnətdarlığını bildirib; klub rəhbərliyi bundan sonra da fanatlarla münasibətlərinin yüksək səviyyədə saxlanılmasına çalışacağını deyib. “İnter” Azarkeş Klubu üzvlərinin fikir və təkliflərini dinləyən Rüfət Abdullayev, belə xoş münasibətlərin daha da inkişaf edəcəyinə əmin olduğunu açıqlayıb.

 

Həmin kateqoriyadan