“İnter”in yeni prezidenti ictimaiyyətə təqdim olunub

“İnter” klubunun rəhbərliyində kadr dəyişikliyi baş verib. Allsport.az saytı xəbər verir ki, “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin qərarına əsasən, 1977-ci il təvəllüdlü Azər Əliyev “ağlar”ın prezidenti vəzifəsinə təyin edilib.
Onun son iş yeri Azərbaycan Respublikası Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu” İdarəsi rəisinin müavini vəzifəsi olub. O, ictimai fəaliyyət kimi 2010-cu ildə Ciu-Citsu federasiyasının vitse-prezidenti olub, eyni zamanda Kikboksinq federasiyası ilə əməkdaşlıq edir.

Həmin kateqoriyadan