İraq boks millisinin baş məşqçisi: Kərbalada həlak olan 72 nəfərdən 2-si azərbaycanlı olub

Dünən səhər Feysbukda sevindirici xəbərlə rastlaşdım. Söhbət azərbaycanlı boks mütəxəssisi Cavid Tağıyevdən gedirdi: İraqın milli komandalar üzrə baş məşqçisi təyin olunmuşdu. Təqdimetmə mərasimi və mətbuat konfransından şəkillər vardı. Bilgini yerli məşqçi Məhəmməd Ərəbi həmyerlimizi «təq» edərək paylaşılmışdı. Axşam səbəbkarın özü ilə əlaqə saxladım. Cavid yaxşı oğlanlardandır, comərddir, sözünü deyəndir. Özü də yaxşı boksçu olub, 75 kq-da döyüşüb. Gözəl xatırlayıram, karyerasında ən uğurlu dönəmi 2004-cü ildəydi. Xorvatiyanın Pula şəhərində keçirilmiş Avropa çempionatında 3-cü yer tutdu və həmin yay hər bir idmançının arzuladığı, lakin heç də hamıya nəsib olmayan sevinci yaşadı – Afina olimpiadasında iştirak hüququ qazandı. Onunla İraq məcarası barədə söhbətləşəndə, hiss etdim ki, ürəyi doludur. Həvəslidir, işləyib öz sözünü demək, ölkəsinin adını qaldırmaq istəyir.

– İraq Boks Federasiyasından dəvət gəldikdə, tərəddüd etmədən razılaşdım. Ölkələrimiz dost münasibətindədir, onlarda müsəlmandırlar, üstəlik, eyni məzhəbdənik. Hər bir insanın həyata öz baxışı, iş prinsipi var. Məni maliyyədən çox, yaradılan şərait maraqlandırır. Onlara bildirdim ki, işimə müdaxilə olmayacaq, hədəf üçün nə lazımdırsa, edilməlidir. Sonda da məndən nəticə gözləyin.

Cavid müəllim, bildiyim qədər, İraqda məlum hadisələr səbəbindən boks idman növü ağız zərbə alıb. Onu müqavilə müddətində dirçəltməyə çatdıracaqsınızmı?

– Anlaşmam 1+4 ildir. İlk tələblərimdən biri, ölkə çempionatının keçirilməsi oldu. Burada toplaşmanın əleyhinədilər. Onları anlayıram, terror cəmiyyəti çox qorxudub. Amma seçim yerli yarış nəticəsində mümkündür. Milli komandanı formalaşdırmaq üçün ölkə üzrə seleksiya apardım. Hər böyük şəhərdən 5-6 boksçu seçdim. İraq camaatı vuruşqan, fiziki cəhətdən güclüdürlər. Burda yaxşı metiral var. Sadəcə, onların üzərində işləyib müəyyən səviyyəyə qaldırmaq lazımdır. Öz proqramım var. Əgər dünənə qədər Aristotel nəzəriyəsi ilə çalışırdılarsa, indi hazırlıq sistemi və yanaşma dəyişib. Bu üzdən, özümüzkünə, Lütfizadəyə üz tutmuşam.

Köməkçilərinizi müəyyənləşdirmisinizmi?
– Bəli. Hələ ki, yerlilər olacaq. Amma bizimlə aralarında fərq var. Çox güman, gələcəkdə azərbaycanlı məşqçilər dəvət edəcəyəm. Bizim məktəb çox güclüdür. Vaxtı ilə mütəxəssislərimiz başqa ölkələrdə işləyiblər, idmançılarımız legionçu həyatı yaşayıblar.
Sizi yerli televiziyaların birində verilişdə gördüm. Rusca danışırdınız, tərcüməçi ərəbcəyə çevirirdi. Ünsiyyət baxımından çətinlik yoxdur?

– Hər şey qaydasındadır. Bir də ki, dilimizdə xeyli ərəb sözü olduğundan, müəyən şeyləri başa duşurəm. İraq xalqı çox qonaqpərvərdilər. Bizi bir məqsəd birləşdirir. O üzdən çətinlik hiss olunmur.

Azərbaycanda təlimməşq toplanışı keçirməyi planlaşdırırsınızmı?
– Sözsüz. Bu, hər 2 komandanın xeyrinə olacaq. Arxamda Vətənim dayanıb, çox arxayın, özümə əminəm. Federasiyamızın 1-ci vitse-prezidenti Ağacan Abiyev dünyaca məşhur boks mütəxəssislərindəndir. Onun tövsiyyəsi hər zaman dəyərlidir. 11 il onun rəhbərliyi ilə mili komandada çıxış etmişək. O hamımızın ağsaqyalıdır, Allah ona can sağlığı və uzun ötür versin. Ağacan müəllimə hədsiz minnətdaram.

Bu yaxınlarda İraqda Ərbəyim ziyarəti oldu. Hüseyn aşiqləri Məhərrəm ayının son gunlərində Kərbalaya üz tutub imamın qəbrini ziyarət etdilər. Yəqin ki, izdihamı hər yerdə hiss edirdiniz.
– Təbii, bu diyarda bir doğmalıq var. İnsanın ruhu rahat şəkildə dincəlir. Sizə bir məlumat verim: Kərbada peyğənbər nəvəsi ilə birgə həlak olan 2 nəfər azərbaycanlı olub – biri naxçıvanlı, digəri salyanlı. Mənbələrdə imam Hüseynə qoşulanlan həmyerlilərimizin sayını təqribən 50 göstərilir. Amma həlledici anda onlardan ikisi 72 nəfərlik heyətin içində qalıb. Onların özünə bunu demişəm. Əvvəlcə inanmadılar, lakin sonradan tarixi incələdikdə, sözümlə razılaşdılar.

Söhbətləşdi: Kamran HACI

Həmin kateqoriyadan