- Baxış sayı: 35
- 08 May 2026 16:55
- Baxış sayı: 238
- May 08, 2026
- 0

Noyabrın 7-də Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda VI İslam həmrəyliyi oyunları start götürəcək.
Allsport.az xəbər verir ki, 15 gün davam edəcək yarışda Azərbaycan boksçuları da mübarizə aparacaq.
Baş məşqçi Rövşən Xocayevlə məşqçi Nəriman Abdullayev İslamiadada Məhəmmədəli Qasımzadə (60 kq), Sərxan Əliyev (70 kq) və Səidcəmşid Cəfərova (80 kq) fürsət verəcək.
Qadınlardan ibarət milli isə baş məşqçi İlkin Ağayevin rəhbərliyi altında çıxış edəcək. Ər-Riyadda Zeynəb Rəhimova (51 kq), Nərgiz Zeynalova (54 kq), Aynur Mikayılova (57 kq) və Fatimə Mehdiyeva (65 kq) rinqə çıxacaqlar.
İslamiadada boks yarışları rəsmi açılış mərasimindən öncə başlayacaq. Noyabrın 5-də start götürəcək döyüşlər 5 gün sonra yekunlaşacaq.