“İstefa haqqında düşünmürəm”

“İstefa haqqında düşünmürəm”

Türkiyə yığması UEFA millətlər liqasında ardıcıl ikinci oyununda da uduzub.

Allsport.az xəbər verir ki, “ay ulduzlular” I turda Fransaya 0:1, dünən isə İtaliyaya 1:4 hesabıyla məğlub olub.

Komandanın baş məşqçisi Vinçenso Montella matçdan sonra komandanın uğursuz çıxışına baxmayaraq, istefa verməyi düşünmədiyini deyib:

“İstefa haqqında düşünmürəm. Gördüyümüz işlərə inanıram. Yaxşı təkliflərim olanda da getmədim, indi də getmirəm. Futbolçularıma inanıram. Bu yerlərə necə gəlmişiksə, elə də davam edəcəyik”.

Türkiyə yığması oktyabrın 2-də Belçikanın qonağı olacaq.

Həmin kateqoriyadan