- Baxış sayı: 39
- 01 Oktyabr 2026 23:53
- Baxış sayı: 92
- Oktyabr 01, 2026
- 0

İtaliya “A” seriyasında avqust-sentyabr aylarının ən yaxşı futbolçusu müəyyənləşib.
Allsport.az xəbər verir ki, “Roma”nın niderlandlı hücumçusu Doniel Malen bu mükafata layiq görülüb.
27 yaşlı futbolçu azarkeşlərin onlayn səsverməsi və fərdi statistik göstəricilərin birləşdirilməsi nəticəsində qalib olub. Malen Davide Frattesini (“Latsio”), Giorgi Kvernadzeni (“Frozinone”), Daniel Maldinini (“Kalyari”), Lautaro Martinesi (“İnter”) və Adrien Rabyonu (“Milan”) geridə qoyub.
Doniel Malen avqust-sentyabr aylarında “A” seriyasında keçirdiyi 5 oyunda 6 qol vurub.