- Baxış sayı: 35
- 25 Sentyabr 2026 20:19
- Baxış sayı: 252
- Sentyabr 24, 2026
- 0

Belçika millisinin baş məşqçisi Mark van Bommel millətlər liqasının ilk turunda İtaliya ilə keçiriləcək oyunla bağlı fikirlərini bölüşüb.
Allsport.az xəbər verir ki, Romada baş tutacaq qarşılaşma bu gün saat 22:45-də başlayacaq.
Mütəxəssis topa sahib olmağın vacibliyini vurğulayıb:
“Çox yaxşı məşq etmişik, səviyyə çox yüksək idi. Necə oynamaq istədiyimiz barədə dəqiq təsəvvürümüz var və düşünürəm ki, komanda bunu çox tez başa düşdü. Dominantlıq etmək və topa sahib olmaq istəyirik. Bunlar bizim prinsiplərimizdir. Futbolçuları bu prinsiplərə əməl etməyə inandırmaq üçün üç-dörd gün vaxtımız oldu. Ümid edirəm ki, yaxşı oyun keçirəcək və evə üç xalla qayıdacağıq”.