Jülyen Ebah: “Neftçi”yə qarşı qol imkanlarından maksimum istifadə etdik

Tarixi derbidə “Neftçi” üzərində qazanılan qələbədə Jülyen Ebahın töhvəsi xüsusi olub. Allsport.az saytı xəbər verir ki, kamerunlu futbolçunun fasilədən sonra vurdugu qol “Kəpəz”i daha rahatladıb. Kapazpfc.az-a açıqlamasında o, matçla bağlı bunu deyib.

“Matça üç xal üçün çıxmışdıq. Qələbə qazanmaqla “Neftçi”dən Bakıdakı məğlubiyyətin revanşını da almaq istəyirdik. Bunu da bacardıq. Rəqibə qarşı fərqli oyun göstərdik və qol imkanlarından maksimum istifadə etdik. Ümumiyyətlə, çox çətin qarşılaşma oldu.

İlk hissədə imkan yaransa da, çərçivəyə düşə bilmədim, bir zərbəm qapıdan yan keçdi. İnanırdım ki, ikinci yarıda fərqlənə bilərəm, düşüncələrimdə yanılmadım. Qol vəziyyətində bir anda qapıçının nəzarətindən çıxan top qarşıma düşdü, mən də fürsəti yaxşı dəyərləndirərək ikinci qolu vurdum”.

Həmin kateqoriyadan