“Kəpəz” futbolçusu: Hazırda özümüzə məşğuliyyət tapa bilmirik

“Kəpəz”in əsas komandasının üzvü Şəhriyar Əliyev futbolsuz darıxıb. Allsport.az saytı xəbər verir ki, müdafiəçi formadan düşməmək üçün fərdi məşqlərə başladığını, yeni mövsümün startını səbrsizliklə gözlədiyini bildirib:

“Mövsümlərarası fasilə çoxdu deyə, futbolsuz lap ürəyimiz partlayır (gülür). Düzdür, istirahət etmək üçün vaxtımız çoxdu, arada uşaqlarla yığışıb futbol oynayırıq. Hardasa 15 gün dincəldim, artıq məşqlərə başlamışam. Hər gün məşq edirəm ki, formada qalım. İstirahət dövrünü passiv keçirsək, sonra əleyhimizə işləyər.

Kökəlməyə meylli adamam. Lakin indi arıqlamışam. Futbol üçün də darıxmışam. İdmançı 2-3 gün məşq etməyəndə darıxır, təsəvvür edin indi futbolsuz nə hala düşmüşük. Bizim işimiz budur. Çempionat olanda başımız məşqlərə, oyunlara qarışır. Amma hazırda özümüzə məşğuliyyət tapa bilmirik. Növbəti çempionatı həvəslə gözləyirik”.

 

Həmin kateqoriyadan