“Kəpəz” Gəncədə məşqə çıxıb

Premyer liqanın cari mövsümünün son turunda Gəncə şəhər stadionunda “İnter”i qəbul edəcək “Kəpəz” Nizami yurduna gəlib. Allsport.az saytı xəbər verir ki, bu oyuna hazırlığın əsas hissəsini Bakıda keçirən “sarı-göylər” son məşqə matçın reallaşacağı arenada çıxıb. Çalışmalar uzun sürməyib. Təxminən 45-50 dəqiqə ərzində futbolçular məşqçilər korpusunun verdiyi yüngül tapşırıqlar üzərində çalışıblar.

Məşq mətbuat və azarkeşlər üçün açıq xarakter daşıyıb. Qeyd edək ki, “İnter” ilə oyunda Ceyhun Cavadov “Kəpəz”ə kömək edə bilməyəcək. AzAL-a qarşı görüşdə sarı vərəqə limitini dolduran yarımmüdafiəçi cəzalı duruma düşüb. Eyni səbəbdən ötən turu buraxan Vüqar Bəybalayev isə sıraya dönüb.

“Təyyarəçilər” ilə matçda zədələnən Kərim Diniyevin durumu tam olaraq bəlli deyil. Onun oynayıb-oynamayacağına matç saatı qərar veriləcək.

Həmin kateqoriyadan