“Kəpəz” hazırlığın 2-ci hissəsini Ərzurumda keçəcək

İyulun 3-4-də Bakıda tibbi müayinədən keçəcək “Kəpəz” futbolçuları ayın 5-dən yeni mövsümün hazırlıqlarına başlayacaq. Allsport.az saytı xəbər verir ki, 10 gün Bakıda hazırlaşacaq “sarı-göylər”, bu müddətdə ən azı, bir sınaq matçı keçirməyi planlaşdırıb.
İyulun 12-də “Neftçi” ilə yoxlama matçından sonra təlim-məşq toplanışının növbəti mərhələsi üçün Gəncə klubu Türkiyəyə yollanacaq. “Kəpəz” ayın 15-dən 25-nə kimi Ərzurumda məşq edəcək. Qardaş ölkədəki toplanış dövründə komanda üç yoxlama oyunu keçirəcək. Gəncəlilər iyulun 20-də, 22-də və 24-də sınaq matçlarına çıxacaq.

Həmin kateqoriyadan