“Kəpəz” mövsümün son oyununa 6 itki ilə

Topaz premyer liqasının sonuncu, 28-ci turunda Gəncədə “Neftçi”ni qonaq edəcək “Kəpəz” oyunun hazırlığını başa vurub. Allsport.az saytı xəbər verir ki, “sarı-göylər”in cari mövsümdə doğma meydandakı son məşqi 1 saatdan çox çəkib. İsinmə təmrinlərinin yerinə yetirilməsi ilə başlayan hazırlıq toplu çalışmalarla davam edib. Məşq ikitərəfli oyunla başa çatıb.

Bakı təmsilçisi ilə oyuna “Kəpəz” itkilərlə çıxacaq. Müdafiəçilər Dedimar Ferreyra, İqor Korotetski, yarımmüdafiəçilər İlyas Səfərzadə, Ceyhun Cavadov və hücumçu Şadon Vinçester zədəli olduqlarından görüşü buraxacaq. Kamran Abdullazadə isə cəza səbəbindən kənarda qalacaq.

İtkilərin yerini doldurmaq üçün baş məşqçi Yunis Hüseynov əvəzedici heyətin 6 üzvünü əsas komandaya cəlb edib. Cavid Əskərov, Qaraxan Əliyev, Emin Zamanov, Şöhrət Quliyev, Əli Səmədov və Emin Zamanov dünən məşqə qatılıblar.

Həmin kateqoriyadan