- Baxış sayı: 33
- 22 İyun 2026 20:27
- Baxış sayı: 36
- İyun 22, 2026
- 0
Premyer liqanın 12-ci turunda “Qarabağ”ın qonağı olacaq “Kəpəz” ötən gün keçirdiyi məşqlə oyunun hazırlığını başa vurub.
Allsport.az saytı xəbər verir ki, Gəncə təmsilçisi ölkə çempionu ilə matça itkilərlə çıxacaq. “Sarı-göylər”in bir futbolçusu cəzalı, iki üzvü isə zədədən yeni qayıtdığından oyundan kənarda qalacaq.
Keçən tur “Sumqayıt”la ev görüşündə qırmızı vərəqə alan Kərim Diniyev cəza dövrünü başa vurmalıdır. Uzun müddət zədəli olan Şəhriyar Əliyev ilə Dario Federiko isə matça tam hazır olmadığından meydana çıxmayacaq.