“Kəpəz” sınaq görüşündə “Ankaragücü”nə uduzub

Türkiyədə təlim-məşq toplanışında olan “Kəpəz” bu gün növbəti yoxlama oyununu keçirib. Allsport.az saytı xəbər verir ki, komandamız 1-ci liqa təmsilçisi “Ankaragücü” klubu ilə qarşılaşıb. Oyun rəqibin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Bu matç “sarı-göylər”in Ərzurumda 2-ci sınaq matçı olub. Bundan əvvəlki qarşılaşmada Gəncə klubu “Samsunspor”a 1:2 hesabı ilə uduzmuşdu. “Kəpəz” hazırlıq çərçivəsində son oyununu iyulun 24-də “Elazığspor”a qarşı keçirəcək.

Həmin kateqoriyadan