“Kəpəz” – “Zirə” oyununun yeri dəyişdirilib

Məlum olduğu ki, əlverişsiz hava şəraiti ilə bağlı premyer liqasının 16-cı turunun “Kəpəz” – “Zirə” oyununun yeri Bakıya dəyişdirilib. Allsport.az saytı xəbər verir ki, Gəncə şəhər stadionunun durumu ilə əlaqədar olaraq qarşılaşma Zirə İdman Kompleksində baş tutacaq.

Bu matç üçün həftənin əvvəlindən satışa çıxarılmış müəyyən sayda bilet isə artıq azarkeşlər tərəfindən alınıb. ”Kəpəz” rəhbərliyi narahatlığa əsas görmür və bilet alanların diqqətinə çatdırır ki, həmin biletlər çempionatın növbəti ev oyunu üçün keçərli olacaq.

Belə ki, azarkeşlər 18-ci turda fevralın 12-də keçiriləcək “Kəpəz” – “Qarabağ” oyununda stadiona həmin biletlərlə daxil ola bilərlər. Bilet alan hər bir azarkeşdən bunu nəzərə almalarını xahiş edirik. Onu da qeyd edək ki, Premyer Liqanın 4-cü dövrəsinin “Zirə” – “Kəpəz” matçı “Kəpəz” – “Zirə” görüşü kimi qeydə alınacaq.

Həmin kateqoriyadan