- Baxış sayı: 51
- 08 Noyabr 2026 23:01
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0
“Kəpəz” növbəti 2 futbolçu ilə münasibəti rəsmiləşdirib. Allsport.az saytı xəbər verir ki, Gəncə təmsilçisi braziliyalı yarımmüdafiəçilər – Dario Federiko və Dieqo Souza ilə müqavilə bağlayıb.
Adı ilk çəkilən orta xətt oyunçusu cari çempionat bitincən, digəri 1 il müddətində “sarı-göylər”də çıxış edəcəklər. Xatırladaq ki, Dario əvvəlki 2 mövsümdə “Kəpəz”də oynayıb.