- Baxış sayı: 3
- 02 May 2024 14:51
- Baxış sayı: 52
- May 01, 2024
- 0
“Kəpəz”in əsas komandasının üzvü Fərid Məmmədov bu ilin oyunlarında iştirak edə bilməyəcək. Allsport.az saytı xəbər verir ki, zədəli olan gənc hücumçu qış fasiləsinə kimi müalicə olunacaq.
Bir müddət öncə MRT müayinəsi zamanı Məmmədovun dizin yan kollateral bağında qismi qopma və menisküsda ikinci dərəcəli degenerasiya aşkar olunmuşdu.
Zədə ağır olsa da, cərrahiyə əməliyyatına ehtiyac duyulmayıb. Onun müalicəsi 20 gün davam edəcək.