“Kəpəz”in qış hazırlıq planı müəyyənləşib

“Kəpəz”in qış hazırlıq planı müəyyənləşib

Premyer liqada yaranan qış fasiləsi ilə əlaqədar olaraq “Kəpəz”in üzvləri istirahətə buraxılıblar. Allsport.az saytı xəbər verir ki, komandanın tətil günləri gələn ilin yanvarın 4-nə kimi davam edəcək. Sonrakı 2 gün ərzində Bakıda tibbi müayinədən keçəcək futbolçular ayın 7-də baş məşqçinin sərəncamında olacaqlar. Məşqlər də bu tarixdən başlayacaq.

Yanvarın 8-dən isə “sarı-göylər” gündə iki dəfə olmaqla təlim-məşq toplanışına start verəcək. Ayın 13-nə kimi komanda “Dalğa arena”da qalıb çalışmalarını da burada davam etdirəcək. Daha iki gün isə futbolçular Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda hazırlıq keçəcək.

“Kəpəz”in üzvləri yanvarın 16-da istirahət edəcək. Bir gün sonra komanda Türkiyəyə yollanmaq üçün Heydər Əliyev Beynəlxalq Hava Limanında toplaşacaq. “Sarı-göylər”in hazırlığın bundan sonrakı hissəsini Antalyada davam etdirəcək. Gəncə klubu fevralın 2-nə qədər qardaş ölkədə olacaq.

Həmin kateqoriyadan