“Kəpəz”in rəqibləri məlum olub

“Kəpəz”in əsas komandasının qış təlim-məşq toplanışı müddətində keçirəcəyi yoxlama oyunlarında rəqibləri müəyyənləşib. Allsport.az saytı xəbər verir ki, 2 günə 4 yoxlama matçına çıxacaq komanda Premyer liqa və 1-ci divizion klubları ilə qarşılaşacaq.

“Sarı-göylər” yanvarın 17-də saat 11:00-da MOİK, saat 15:00-da AzAL ilə görüşəcək. Yanvarın 19-da Nizami yurdunun təmsilçisi günün ilk yarısında (saat 11:00-da) “Qaradağ Lökbatan” ilə, 2-ci yarısında (saat 15:00-da) “Zirə” ilə oynayacaq.

“Qartallar”a qarşı görüş rəqibin meydançasında keçiriləcəksə, digər bütün oyunlar “Dalğa Arena”da reallaşacaq. Gəncə klubu 2 fərqli heyətlə yoxlama matçlarına çıxacaq.

Həmin kateqoriyadan