“Kəpəz”in zədəli futbolçularından xəbər var

“Kəpəz”in zədəli futbolçularının müalicəsi davam etdirilir. Allsport.az saytı xəbər verir ki, ağır zədədən sonra tam bərpa olunmağa çalışan Şəhriyar Əliyev fərdi məşqlərlə kifayətlənir. Onun hələ bir müddət də həkim nəzarəti altında fərdi çalışacağı bildirilib.

Komandanın digər oynamayan futbolçusu Dario Frederikonun müalicəsi də uyğun olaraq aparılır. Braziliyalı bir həftədən sonra yüngül formada çalışmalara başlaya biləcək. Sevindirici məqam Vüqar Bəybalayevin sıraya dönməsidir. Gənc yarımmüdafiəçi artıq bu gündən komandaya qoşula biləcək.

Həmin kateqoriyadan