- Baxış sayı: 23
- 17 İyun 2025 13:28
- Baxış sayı: 114
- İyun 15, 2025
- 0
“Qarabağ” “Neftçi” ilə çempionat matçlarında vurduğu qolların sayını 100-ə çatdırıb. Allsport.az xəbər verir ki, yubiley 15-ci tur çərçivəsində baş tutan Azərbaycan derbisinə təsadüf edib.
2:1 hesablı qələbə qazanan Ağdam klubunun 2-ci qolu prinispial rəqibin qapısından keçirilən 100-cü top olub. Bu əlamətdar qolun müəllifi kimi Kadi Borges tarixə düşüb.
30 illik rəqabətdə “Qarabağ”ın “Neftçi”yə vurduğu ilk qolun müəllifi isə Zaur Qarayevdir. O, 1992-ci il sentyabrın 26-da keçirilmiş qarşılaşmada (1:1) fərqlənib.