- Baxış sayı: 50
- 08 Noyabr 2026 23:01
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

Çex Respublikasının 1-ci liqasının 5-ci turunda Kamran Ağayevin şərəfini qoruduğu “Mlada Boleslav” Praqada “Slaviya” ilə qarşılaşıb. Allsport.az saytı xəbər verir ki, “ağ-mavilər” bu oyunda böyük hesabla məğlub olublar (0:4).
Millimizin qapıçısı görüşün iştirakçısı olub. Amma onun debüt matçı uğursuz alınıb. Start heyətdə meydana çıxıb 90 dəqiqə oynayan futbolçumuz buraxılan qolların bəzisində kobud səhv edib.
Cəmi 1 xal toplayan “Mlada Boleslav” 16 klub arasında 15-ci pillədədir.