- Baxış sayı: 50
- 08 Noyabr 2026 23:01
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

Milli komandamızın qapıçısı Kamran Ağayevin yeni klubu bilinib. Allsport.az saytı xəbər verir ki, təcrübəli qolkiper qış fasiləsindən sonra “Keşlə”nin şərəfini qoruyacaq.
Sport24.az-ın məlumatına görə, onunla ilyarımlıq müqavilə imzalanacağı gözlənilir. Həmterlimiz dünəndən Bakıdadır və premyer liqasının 2-ci dövrəsi başa çatdıqdan sonra tərəflər münasibətlərini rəsmiləşdirəcək.
Qeyd edək ki, Kamran Ağayevin Çex Respublikasının 1-ci liqasında çıxış edən “Mlada” ilə müqaviləsinə ikitərəfli razılıq əsasında xitam verib.