Kamran “Sivasspor”a qarşı, Subaşiç “Qalatasaray”la oynayacaq

Türkiyə Kubokunda 1/4 final mərhələsinin püşkü atılıb. Allsport.az xəbər verir ki, azərbaycanlı futbolçu Kamran Ağayevin komandası – “Kayserispor”la millimizin sabiq forvardı Branimir Subaşiçli “Manisaspor”un da rəqibləri müəyyənləşib.

Kamranın komandası növbəti mərhələdə “Sivasspor”la üz-üzə gələcək. Subaşiçin klubu isə “Qalatasaray”a qarşı oynayacaq.

Artıq yarımfinal mərhələsinin də püşkü atılıb. Növbəti mərhələnin cütlükləri aşağıdakı kimi olacaq:

“Kayserispor” – “Sivasspor” / “Qalatasaray” – “Manisaspor”
“Bursaspor” – “Gənclərbirliyi” / “Mersin İdman Yurdu” – “Fənərbağça”

Qeyd edək ki, ev-səfər prinsipi ilə keçiriləcək 1/4 və yarımfinal mərhələsinin görüşlərinin vaxtları da məlumdur. 1/4 finalın ilk oyunları martın 3, 4, 5-də, cavab görüşləri 7, 8, 9-da, yarımfinal qarşılaşmaları isə 28, 29, 30 aprel və 19, 20, 21 may tarixlərində baş tutacaq.

Həmin kateqoriyadan