Kamranla Tayfur qələbə ilə başladı

Londonda boks üzrə Avropa olimpiya təsnifat turniri start götürüb. Allsport.az xəbər verir ki, ilk gün 3 idmançımız rinqə çıxıb.

Tayfur Əliyev (57 kq) 1/16 finalda Bişara Sabbarı (İsrail) məğlub edib. Təmsilçimiz 1/8 finalda Edqaras Skurdelislə (Litva) qarşılaşacaq. Görüş martın 16-da olacaq.

Kamran Şahsuvarlı (75 kq) da yarışa qələbə ilə başlayıb. O, 1/32 finalda Edin Avdiçdən (Avstriya) güclü olub – 4:1. Kamran martın 16-da 1//16 finalda dünya və Avropa çempionu, ukraynalı Aleksandr Xijnyakla qarşılaşacaq.

Qadın boksçularımızdan Anaxanım Ağayeva (51 kq) debütdə Tatyana Kobuya (Ukrayna) uduzub.

Həmin kateqoriyadan