Kanoe və Avarçəkmə Federasiyasından aksiya

Azərbaycan kanoe və avarçəkmə federasiyası (AKAF) Mingəçevirdə “Kür” olimpiya tədris-idman mərkəzində təmizlik aksiyası təşkil edib.

Allsport.az xəbər verir ki, tədbir Azərbaycanda baş tutacaq BMT-nin iqlim dəyişikliyi üzrə çərçivə konvensiyasının tərəflər konfransının 29-cu sessiyası – COP29-a dəstək xarakteri ilə keçirilib.

Aksiyada AKAF-ın idmançı və məşqçi heyəti, federasiya rəsmiləri, həmçinin Azərbaycan gənclər və idman nazirliyi, Mingəçevir şəhər icra hakimiyyəti, mərkəzi aran regional gənclər və idman idarəsinin nümayəndələri iştirak edib. Tədbirin keçirilməsində əsas məqsəd ətraf mühitin, yaşıllığın, su ehtiyatlarının qorunmasında iştirak, bu yolla həm də cəmiyyəti ekologiyanı qorunmağa dəvət etməkdir. Təmizlik aksiyası zamanı həm “Kür” OTİM-in ətrafı, həm də Kür çayında iməcilik keçirilib.

Həmin kateqoriyadan