Kapitandan 2-qat sevinc

“Neftçi”nin futbolçusu Ruslan Abışov yubiley qolunu vurub. Allsport.az saytı xəbər verir ki, o, premyer liqasının 19-cu turunun “Keşlə” ilə görüşündə komandasına 3:2 hesablı qələbə qazandıran topun müəllifi olub. Bu qol müdafiəçinin Azərbaycan çempionatlarında 20-ci qoludur. Futbolçu özünün 226-cı matçında buna sevinib.

Ruslan bu qollardan yarısını “Neftçi”nin heyətində rəqib qapısından keçirib. “Ağ-qaralar”ın kapitanı yetirməsi olduğu komandada 142-ci çempionat matçında “10”a çatıb. Abışov “Neftçi”nin tarixində 33-cü futbolçudu ki, Azərbaycan çempionatında 10 və daha çox qol vurub.

Qeyd edək ki, Ruslan cari mövsümdə 3c dəfə rəqib qapısına yol tapıb.

Həmin kateqoriyadan