- Baxış sayı: 40
- 22 İyun 2026 23:07
- Baxış sayı: 41
- İyun 22, 2026
- 0
“Sumqayıt” klubu yeni mövsüm üçün çalışmalara başlayıb. Allsport.az saytı xəbər verir ki, komanda ilk olaraq kapitan Vurğun Hüseynovla müqavilə imzalayıb.
30 yaşlı müdafiəçi daha 2-illik sözləşib. O, “kimyaçılar”da 5 mövsüm çıxış edib, 20 oyuna çıxıb və 1800 dəqiqə meydanda olub, 1 qol vurub. Ümumilikdə, kapitan “Sumqayıt”ın heyətində 131 qarşılaşmada meydana çıxıb.
Vurğun Hüseynovun “Sumqayıt”da debütü 2013-cü il avqustun 4-də gerçəkləşib. O, “Xəzər Lənkəran”la ev matçında (1:1) 90 dəqiqə meydanda mübarizə aparıb.