- Baxış sayı: 35
- 26 Aprel 2024 21:10
- Baxış sayı: 51
- Aprel 23, 2024
- 0
“Neftçi” klubu rumıniyalı futbolçu Katalin Tira ilə müqaviləyə xitam verib. Allsport.az saytı xəbər verir ki, bu, hər iki tərəfin qarşılıqlı razılaşması əsasında baş tutub. Komandanın yeni icraçı direktoru Orxan Hüseynzadə bununla bağlı açıqlama verib:
“Biz Katalin Tira ilə müqaviləyə qarşılıqlı razılıq əsasında təzminat ödəmədən xitam verdik. Sabah ona aylıq məvacib ödəniləcək və tərəflərin bir-birinə heç bir borcu qalmayacaq”.
Xatırladaq ki, ötən həftə keçirilən “Neftçi” – “Qarabağ” matçının son dəqiqəsində hesab 2:0 qonaqların xeyrinə olarkən, meydana bir azarkeş girib. Katalin Tira ona hücun çəkib, zərbə vurub. Onun bu hərəkəti idman ictimayyətində böyük qınağa səbəb olmuşdu.