Kazımzadə macarıstanlı boksçuya rəqib oldu

Kazımzadə macarıstanlı boksçuya rəqib oldu

Azərbaycan boksçusu Mirşərif Kazımzadənin Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında ilk rəqibi bəlli olub.

Allsport.az xəbər verir ki, 75 kq çəki dərəcəsində rinqə çıxacaq idmançı 1/16 finalda Soma Mesterlə (Macarıstan) gücünü yoxlayacaq.

Boksçumuzun rəqibinin adı bir gün öncə baş tutan döyüşlərdən sonra dəqiqləşib. 1/32 finalda Aaron Prinsi (Trinidad və Tobaqo) 4:1 hesabı ilə məğlub edən Macarıstan təmsilçisi mərhələ adladığından Kazımzadə ilə qarşılaşacaq. İlk mərhələdən azad olan boksçumuz Mesterlə oktyabrın 30-da döyüşəcək.

Həmin kateqoriyadan