Kehrer üçün İtaliya şansı

“Vest Hem”in müdafiəçisi Tilo Kehrer karyerasını İtaliya çempionatında davam etdirə bilər.

Allsport.az xəbər verir ki, “Roma” 27 yaşlı alman futbolçunun transferində maraqlıdır. Paytaxt klubunun rəhbərliyi bu futbolçunu qış transfer pəncərəsində almaq istəyir. Tilo 2022-ci ilin yayından etibarən “çəkiclər”in heyətində çıxış edir.

Bu mövsüm o, “Vest Hem”in heyətində 12 oyun keçirib və heç bir qol vurmayıb. Müdafiəçinin transfer qiyməti 9 milyon avro dəyərində qiymətləndirilir.

Həmin kateqoriyadan