- Baxış sayı: 38
- 06 Avqust 2026 23:53
- Baxış sayı: 187
- Avqust 05, 2026
- 0

“Keşlə” Nizami Hacıyev və Mirhüseyn Seyidovun komandadan uzaqlaşdırılmasını təsdiqləyib. Allsport.az saytı xəbər verir ki, futbolçularla bağlı bu qeyd olunub:
“Keşlə”in rəhbərliyi bildirir ki, əsas komandanın futbolçuları – Nizami Hacıyev və Mirhüseyn Seyidov premyer liqa çərçivəsində keçirilmiş son 5-6 oyununda danışılmış oyunlarda iştirak etdiklərinə dair şübhələrin olmasına görə, 4 gün öncə onlarla imzalanmış müqaviləyə rəsmən xitam verilmişdir”.
Qeyd edək ki, bu iki futbolçu artıq hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Klubun bununla da bağlı rəsmi açıqlama yayması gözlənilir.